“Azərişıq” ASC-nin sədri Hacıqabulda vətəndaşların müraciətlərini dinləyib
Bakı, 10 mart, AZƏRTAC
Martın 10-da “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Hacıqabul və Şirvan rayonlarından olan vətəndaşlarla görüşüb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, görüş Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsində yerləşən “Azərişıq” ASC-nin Hacıqabul Elektrik Şəbəkəsinin inzibati binasında keçirilib.
Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları müraciəti cədvəlinə əsasən baş tutub.
Görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Hacıqabul şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub və əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.
Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
Bələdiyyə torpaqlarının idarəedilməsi sahəsində qarşıya çıxan məsələlər müzakirə olunub
Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi əhəmiyyətlidir
Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında müsabiqə keçirir
İqtisadiyyatda rəqəmsallaşmanın tətbiqi müasir dövrün tələbidir
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir