Dövlət Gömrük Komitəsinin sədri Neftçala şəhərində vətəndaşlarla görüşüb
Bakı, 10 mart, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, martın 10-da DGK-nin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində Neftçala və Salyan rayonlarından olan vətəndaşlarla görüşüb.
DGK sədri qəbuldan əvvəl Neftçala şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Neftçala və Salyan rayon sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Sonra Dövlət Gömrük Komitəsinin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasına da qatılıblar.
® “Azercell Telekom” Heydər Əliyevin ən sevdiyi kitabları audio və elektron formatlarda təqdim edir
Bələdiyyə torpaqlarının idarəedilməsi sahəsində qarşıya çıxan məsələlər müzakirə olunub
Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi əhəmiyyətlidir
Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında müsabiqə keçirir
İqtisadiyyatda rəqəmsallaşmanın tətbiqi müasir dövrün tələbidir