® “Nar” abunəçilərinin 98 faizi müştəri xidmətlərindən məmnun qalıb
Mobil operator “Nar” ötən il ərzində göstərdiyi xidmətlərlə bağlı müştəri məmnuniyyəti göstəricilərini açıqladı. 2022-ci ildə müştərilərinə təqdim etdiyi xidmətin keyfiyyətini üstün səviyyədə saxlamağı bacaran “Nar” abunəçilərinin böyük əksəriyyətinin razılığını qazanıb.
2022-ci ildə müxtəlif sorğularla “Nar” mərkəzlərini ziyarət edənlərin 98,6 faizi göstərilmiş xidmətdən məmnun qalıblar. Ötən ilin hesabatına əsasən, 777 Çağrı mərkəzi və Nar+ tətbiqinə müxtəlif sorğularla 2 milyona yaxın abunəçi müraciət edib. Çağrı mərkəzində göstərilən xidmətdən abunəçilərin 89 faizi, “Nar+” tətbiqindən yararlananlardan isə 87 faizi razılıq bildirib.
Abunəçilərinə sosial şəbəkələr üzərindən də sorğu göndərməyə imkan yaradan “Nar” sosial platformalarda 16 mindən çox abunəçi müraciətini cavablandırıb. Daxil olan müraciətlərə orta hesabla 5 dəqiqə ərzində cavab verilib. Müraciətlər daha çox tariflər, internet paketləri və nömrə ilə bağlı əməliyyatlar haqqında olub.
Mobil operator göstərilən xidmət səviyyəsini artırmaq üçün 2023-cü ildə də müştəri mərkəzlərini yeniləməyə davam edir. Bundan başqa, abunəçilərə özünəxidmət rahatlığı verən “Nar+” tətbiqinin təkmilləşdirilməsi bu il üçün qoyulan əsas hədəflərdəndir.
“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Rəqəmsallaşma ölkənin qlobal miqyasda rəqabət qabiliyyətini və investisiya cəlbediciliyini artırır
® İnnovativ mükəmməlliyin tanınması: Samsung 17-ci ildir ki, qlobal TV bazarına liderlik edir