×
A
A
A
Sazlamalar

Azərbaycan təmsilçisi dünya kuboku yarışlarında dəstəli at hərəkətlərində çıxışını təqdim edib

Bakı, 10 mart, AZƏRTAC

Azərbaycan təmsilçisi İvan Tixonov Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarında dəstəli at hərəkətlərində çıxışını təqdim edib.
AZƏRTAC xəbər verir ki, gimnastımızın çıxışı hakimlər tərəfindən 13,100 xalla qiymətləndirilib və təmsilçimiz hazırda altıncı pillədə qərarlaşıb.
Dünya kuboku yarışlarının yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.
Ən güclü idmançıların çətin və əzmkar mübarizəsinin canlı şahidi olmaq istəyən tamaşaçılar biletləri onlayn qaydada iticket.az saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışları üçün 7, final mərhələləri üzrə isə 12 manatdır.

İdman 2023-03-10 13:52:00