×
A
A
A
Sazlamalar

Qazaxıstanda Müəllimlər Gününün vaxtı dəyişdirilib

Bakı, 10 mart, AZƏRTAC

Qazaxıstanda pedaqoqların peşə bayramı - Müəllimlər Günü oktyabrın 5-də qeyd olunacaq.
AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, müvafiq qərar Qazaxıstan hökuməti tərəfindən qəbul edilib.
İndiyə qədər respublikada oktyabrın ilk bazar günü qeyd olunan Müəllimlər Günü bundan sonra dünyanın 100-dən çox ölkəsinin oktyabrın 5-də qeyd etdiyi Beynəlxalq Müəllimlər Günü ilə sinxronlaşdırılıb.
Qazaxıstan Maarif Nazirliyinin məlumatına görə, hazırda ölkənin məktəbəqədər, orta, texniki və peşə təhsili müəssisələrində 556 min müəllim çalışır.

Dünya 2023-03-10 13:51:00