Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək
Bakı, 10 mart, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək.
AZƏRTAC xəbər verir ki, turun açılış matçında “Kəpəz” klubu Gəncədə “Zirə”ni qəbul edəcək. “Zirə” hazırda 36 xalla turnir cədvəlində dördüncü, aktivində 20 xal olan “Kəpəz” isə səkkizinci pillədə qərarlaşıb.
Günün digər qarşılaşmasında “Sumqayıt” komandası “Sabah”ın qonağı olacaq. “Sabah” klubu 56 xalla turnir cədvəlində ikincidir. “Sumqayıt” isə 21 xalla yeddinci sırada yer alıb.
Qeyd edək ki, turun digər oyunları - “Turan Tovuz” - “Qəbələ”, “Qarabağ” - “Səbail” martın 11-də, “Şamaxı” – “Neftçi” isə ayın 12-də keçiriləcək.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir