×
A
A
A
Sazlamalar

Orxan Məmmədov: Regionlarda sahibkarların maliyyəyə əlçatanlığı asanlaşacaq

Lənkəran, 10 mart, İlkin Adıyev, AZƏRTAC

Bu gün regionlarda özünüməşğulluğun təmin edilməsi istiqamətində bir sıra qurumlarla, o cümlədən Dövlət Məşğulluğu Agentliyi ilə birgə əməkdaşlıq layihələri icra edilir. Bu istiqamətdə fəaliyyətin davamı olaraq regionların iqtisadi potensialına uyğun məşğulluğun artırılması ilə bağlı digər yeni layihələrin də icra edilməsində maraqlıyıq və biz Məşğulluq Agentliyi ilə birgə bu layihələrin uğurla icra edilməsi üçün əməkdaşlığa daim hazırıq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Lənkəranda keçirilən “Regional tərəfdaşların inkişafı” adlı tədbirdə çıxışında deyib.
Onun sözlərinə görə, yeni alətlərin tətbiqi məqsədilə Azərbaycan Banklar Assosiasiyası və Sahibkarlığın İnkişafı Fondu ilə birgə kiçik həcmli güzəştli kreditə ehtiyacı olan sahibkarlara münasibətdə yeni mexanizmin tətbiqinə başlanılıb. Bu mexanizm həm regionlarda maliyyəyə əlçatanlığı asanlaşdıracaq, həm də banklar üçün risk amilinin azaldılmasına ciddi dəstək verəcək.

Regionlar 2023-03-10 12:59:54