×
A
A
A
Sazlamalar

Ağ ev növbəti maliyyə ili üçün 6,8 trilyon dollarlıq büdcə layihəsini təqdim edib

Bakı, 10 mart, AZƏRTAC

ABŞ-nin prezident administrasiyası martın 9-da 2024-cü maliyyə ili üçün 6,883 trilyon dollarlıq büdcə layihəsini təqdim edib. Bununla yanaşı, Amerika xəzinəsinin gəliri yalnız 5,036 trilyon dollar təşkil edir.
AZƏRTAC xəbər verir ki, büdcə layihəsində on il ərzində yüksək ödənişli işçilərdən və korporasiyalardan tutulacaq yeni vergilər hesabına 5 trilyon dollar vəsait yığılması nəzərdə tutulur. Eyni zamanda, infrastrukturun və sənayenin perspektivli sahələrinin, o cümlədən ekoloji təmiz enerji sektorunun maliyyələşməsinə 3,5 trilyondan çox vəsait ayrılacaq.
ABŞ prezidentinin planları, həmçinin təxminən 3 trilyon dollarlıq büdcə kəsirinin azaldılmasına yönəlib. Cozef Bayden Pensilvaniya ştatının Filadelfiya şəhərində çıxışı zamanı deyib ki, büdcə layihəsinə dair təklif təkcə Birləşmiş Ştatların üzərindən maliyyə yükünü götürməyəcək, həm də iqtisadi artıma səbəb olacaq.

Dünya 2023-03-10 12:57:00