Bu il 150-yə yaxın kənd və yeni yaşayış massivi qazlaşdırılacaq
Bakı, 10 mart, AZƏRTAC
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 32 yaşayış məntəqəsi və yeni yaşayış massivinin qazlaşdırılması tam başa çatıb. Həmin məntəqələrə təbii qaz verilişi tam şəkildə təmin olunub. Hazırda 36 kənd və yeni yaşayış massivində qazlaşdırma işləri davam etdirilir, 23 yaşayış massivi və kəndin qazlaşdırılma işləri isə tamamlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin Yeni qazlaşma və inkişaf şöbəsinin rəhbəri Teymur Cəfərov məlumat verib.
O bildirib ki, həmin məntəqələrin istismara qəbul prosesi gedir və qazın verilməsi ərəfəsindədirlər.
Şöbə rəhbəri cari il də yeni yaşayış massivlərinin qazlaşdırılmasına üstünlük veriləcəyi qeyd edib: “2023-cü ildə 150-yə yaxın kənd və yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Bu, həm Bakı şəhərini, eyni zamanda da regionları əhatə edir. Bakıda demək olar ki, qazlaşmayan böyük yaşayış massivləri mövcud deyil, əsasən 15-80-ə yaxın fərdi yaşayış evi tikilən ərazilər qalıb ki, onların da mərhələli şəkildə qazlaşdırılması davam etdirilir. Meşə ətrafı kəndlərin qazlaşdırılması məsələsi də gündəmdədir”.
“Hazırda abonentlərin sayı 2 milyon 500 nəfəri ötüb. Yanvar-fevral aylarında qeyri-yaşayış və əhali olmaqla, 12 min 500 abonent yeni qeydiyyata alınıb”,- deyə Teymur Cəfərov bildirib.
Bələdiyyə torpaqlarının idarəedilməsi sahəsində qarşıya çıxan məsələlər müzakirə olunub
Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi əhəmiyyətlidir
Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında müsabiqə keçirir
İqtisadiyyatda rəqəmsallaşmanın tətbiqi müasir dövrün tələbidir
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir