İstehlakçılara ödənişsiz hüquqi yardım göstəriləcək
Bakı, 10 mart, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə 15 Mart - Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar istehlakçılara ödənişsiz hüquqi yardım göstəriləcək.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, hüquqi yardım aksiyası martın 13-14-də respublikamızın 4 şəhərində - Bakı, Sumqayıt, Şəki və Gəncədə aşağıda qeyd olunan ünvanlarda həyata keçiriləcək:
Bakı şəhəri üzrə: Saat: 10:00-13:00
Hökumət evi, Üzeyir Hacıbəyli küçəsi, 84, 1-ci qapı.
Sumqayıt şəhəri üzrə: Saat: 10:00-13:00
Sumqayıt şəhəri, Sülh küçəsi, 76. Dövlət Xidmətinin 2 saylı Regional bölməsinin binası (Sumqayıt Məhkəmə Kompleksinin yanı).
Şəki şəhəri üzrə: Saat: 10:00-13:00
Şəki şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsi, 156. (Azərbaycan Standartlaşdırma İnstitutunun binası)
Gəncə şəhəri üzrə: Saat: 11:00-13:00
Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti, 98. (Azərbaycan Standartlaşdırma İnstitunun binası).
Bələdiyyə torpaqlarının idarəedilməsi sahəsində qarşıya çıxan məsələlər müzakirə olunub
Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi əhəmiyyətlidir
Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında müsabiqə keçirir
İqtisadiyyatda rəqəmsallaşmanın tətbiqi müasir dövrün tələbidir
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir