Şuşada tikilən yaşayış kompleksindəki işlər ilin sonunadək başa çatacaq VİDEO
Şuşa, 10 mart, Xəyalə Cəfərova, AZƏRTAC
Şuşa şəhərinin Baş planına uyğun olaraq iki ilə yaxındır ki, irimiqyaslı işlər görülür. Bunlar əsasən, elektrik, su təchizatı, rabitə xətlərinin yenidən qurulması, sosial infrastrukturla əlaqəli işlərdir.
Bu sözləri AZƏRTAC-a Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
O bildirib ki, aparılan işlərin əsas məqsədi şuşalıların tez bir zamanda doğma yurdlarına geri qayıtmasıdır. Bunun üçün də bütün lazımi tədbirlər görülür: “Bununla bağlı ilk layihəyə start verilib. 23 binadan ibarət 450 mənzilli yaşayış kompleksi tikilir. Binalar 3, 4 və 5 mərtəbəlidir. Təxminən 8 hektar ərazidə işlər intensiv formada davam etdirilir. İl sonunadək bu layihənin bitməsi planlaşdırılır”.
Prezidentin xüsusi nümayəndəsi onu da qeyd edib ki, tikinti Şuşanın tarixi və memarlıq üslubuna uyğun aparılır.
Aydın Kərimov yaxın vaxtlarda yeni layihələrin də inşasına başlanılacağını vurğulayıb.
İranda baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub - YENİLƏNİB
Ağdamda eyni gündə doğulub, eyni gündə də şəhid olan qardaşların xatirəsi anılıb
Qax Damazlıq İpəkçilik Stansiyasında 4785 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulacaq
Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub
Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib