×
A
A
A
Sazlamalar

Ukrayna ABŞ və Almaniyanın vəd etdiyi iki “Patriot” sistemindən birini alıb

Bakı, 10 mart, AZƏRTAC

Ukrayna ABŞ və Almaniyanın vəd etdiyi raket əleyhinə iki ədəd “Patriot” sistemindən birini alıb, lakin hələ istifadə etməyib.
AZƏRTAC “Financial Times” qəzetinə istinadla xəbər verir ki, yaxın zamanlarda Niderlandın da Kiyevə bir neçə “Patriot” sistemi göndərəcəyi gözlənilir.
Nəşrin məlumatına görə, “Patriot” Qərbin silah arsenalında ən müasir orta mənzilli zenit-raket kompleksi olsa da, indiyə qədər Rusiyanın “Kinjal” hipersəs raketlərinə qarşı sınaqdan keçirilməyib.
Bir müddət öncə Pentaqon ABŞ Silahlı Qüvvələrinin Oklahoma ştatında yerləşən “Fort Sill” hərbi bazasında ukraynalı hərbçilərə “Patriot” sistemlərindən istifadə üzrə təlimlər keçmək barədə qərarını elan edib.

Dünya 2023-03-10 11:54:00