×
A
A
A
Sazlamalar

Hacıqabulda milçək sürfələrindən gübrə istehsal olunur

Bakı, 10 mart, AZƏRTAC

Hacıqabul Sənaye Məhəlləsində yeni “Provive” MMC-nin gübrə istehsalı müəssisəsi fəaliyyətə başlayıb. Müəssisədə innovativ texnologiyaya əsaslanaraq “Black soldier fly” milçəyinin sürfələrindən istifadə olunmaqla, qida tullantılarından zülal (heyvan mənşəli) və “Zoohumus” üzvi gübrəsi istehsal edilir.
Bu barədə AZƏRTAC-a müəssisənin direktoru Soltan Quliyev deyib.
"İnvestisiya həcmi 2,3 milyon manata yaxın olan müəssisədə 20-ə yaxın daimi iş yeri yaradılıb. Hazırda müəssisənin aylıq istehsal gücü 15 tondur və yaxın vaxtlarda bu həcmin 30 tona çatdırılması planlaşdırılır. Müəssisə 1 hektar ərazidə fəaliyyət göstərir", - deyə o əlavə edib.

Regionlar 2023-03-10 11:52:52