×
A
A
A
Sazlamalar

Malayziyanın sabiq Baş naziri korrupsiyada ittiham olunur

Bakı, 10 mart, AZƏRTAC

Kuala-Lumpur məhkəməsi Malayziyanın sabiq Baş naziri Muhiddin Yassinə qarşı korrupsiya əleyhinə qanunvericiliyi pozmaq ittihamı irəli sürüb.
AZƏRTAC Bernama agentliyinə istinadla xəbər verir ki, sabiq Baş nazir ümumilikdə 51 milyon dollar rüşvət almaqda, həmçinin 42 milyon dollar məbləğində çirkli pulun yuyulmasında ittiham olunur. Təqsiri sübut olunacağı təqdirdə onu 20 ilədək azadlıqdan məhrumetmə və ya aldığı rüşvətin beş misli qədər cərimə cəzası gözləyir. Muhiddin Yassin məhkəmə zalında ünvanına qarşı səsləndirilən bütün ittihamları rədd edib.
Hazırda girov müqabilində həbsdən buraxılan Muhiddin Yassinin xaricə çıxışı yasaqlanıb. Növbəti məhkəmə prosesi mayın 26-na təyin olunub.
Malayziyanın “Bersatu” partiyasının sədri Muhiddin Yassin 2020-2021-ci illərdə Baş nazir postunu tutub.

Dünya 2023-03-10 11:42:00