UNEC-də “StartUp School” layihəsi təqdim olunub
Bakı, 10 mart, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalı və ABŞ-nin Nevada Universitetinin “Ozman sahibkarlıq Mərkəzinin” birgə hazırladığı “StartUp School” layihəsi UNEC-də təqdim olunub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, təqdimatda “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva, mentor Habil Əliyev və layihə meneceri Nəzrin Əkbərova layihə barədə ətraflı məlumatlar veriblər.
“StartUp School” layihəsinin təqdimatında UNEC Biznes Mərkəzinin rəhbəri Mübariz Şahbazlı, Rəqəmsal iqtisadiyyat fakültəsinin dekan müavini Ramal Cabbarov, UNEC Dizayn məktəbinin katibi Aytən Ağayeva, Mühəndislik fakültəsinin dekan müavini Sevinc Abdullayeva, Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının müəllimi Aslan Talıbov iştirak ediblər.
Tələbələrin sualları cavablandırılıb və onlara gələcək fəaliyyətləri ilə bağlı tövsiyələr verilib.
Tədbirin sonunda “EnterpriseAzerbaijan” və UNEC Biznes Mərkəzi arasında perspektiv əməkdaşlıq imkanları müzakirə olunub.
® “Azercell Telekom” Heydər Əliyevin ən sevdiyi kitabları audio və elektron formatlarda təqdim edir
Bələdiyyə torpaqlarının idarəedilməsi sahəsində qarşıya çıxan məsələlər müzakirə olunub
Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi əhəmiyyətlidir
Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında müsabiqə keçirir
İqtisadiyyatda rəqəmsallaşmanın tətbiqi müasir dövrün tələbidir