×
A
A
A
Sazlamalar

Paytaxtın abad məhəllələrində məktəblilər arasında idman yarışlarının qalibləri müəyyənləşib

Bakı, 10 mart, AZƏRTAC

“Heydər Əliyev İli”nə həsr olunmuş paytaxtın abad məhəllələrində məktəblilər arasında idman yarışları davam edir.
AZƏRTAC Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinə istinadla xəbər verir ki, budəfəki yarışlar Xəzər rayonunun Binə qəsəbəsi 21, 46 saylı binaların həyətindəki “Abad Məhəllə”də keçirilib.
Yarışlarda minifutbol üzrə “Zəfər” komandası birinci olub. “Binə” komandası yarışı ikinci, “Şahin” isə üçüncü pillədə başa vurub.
Turnikdə dartınma üzrə birinci yeri Emin Qocayev, ikinci yeri Həsən Rəhimov, üçüncü yeri Vasif Tağıyev tutublar. Şahmat üzrə isə birinci yerə Firuz Əkbərov, ikinci yerə Nihat Mirzəliyev, üçüncü yerə Süleyman Abaszadə layiq görülüblər.
Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlarla təltif ediliblər.

İdman 2023-03-10 11:39:00