×
A
A
A
Sazlamalar

Hacıqabul Sənaye Məhəlləsinə 25,3 milyon manat investisiya yatırılıb

Hacıqabul, 10 mart, AZƏRTAC

Hacıqabul Sənaye Məhəlləsində ümumi investisiya həcmi 51 milyon manatdan artıq olan 13 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib və bunlardan 8-i fəaliyyətə başlayıb.
Bu barədə AZƏRTAC-a İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov deyib.
O bildirib ki, Sənaye Məhəlləsinin rezidentləri minik avtomobillərinin, müxtəlif növ və ölçüdə polad şurupların, taxta məhsulların, plastik qabların, tikinti materiallarının, plastik taraların istehsalı və s. sahələr üzrə ixtisaslaşıb. Rezidentlər tərəfindən indiyədək dəyəri 44 milyon manata yaxın məhsul istehsal edilib. Bu günədək Sənaye Məhəlləsinə 25,3 milyon manat investisiya yatırılıb, mövcud layihələr üzrə əlavə olaraq 25,8 milyon manata yaxın investisiyanın yatırılması, 400-ə yaxın iş yerinin yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, Hacıqabul Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 iyul tarixli Sərəncamı ilə yaradılıb.

Regionlar 2023-03-10 11:28:00