×
A
A
A
Sazlamalar

“Qarabağ” klubu beynəlxalq reytinq cədvəlində irəliləyib

Bakı, 10 mart, AZƏRTAC

Ağdamın “Qarabağ” klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) reytinq cədvəlində irəliləyib.
AZƏRTAC xəbər verir ki, 307 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb. Hesabında 149 xal olan Ağdam təmsilçisi ötən ayla müqayisədə 7 pillə irəliləyərək 62-ci sırada qərarlaşıb. Azərbaycan çempionu Argentinanın "Talyeres" (Kordoba) klubu ilə eyni xala malikdir.
Ağdam klubu Avropa təmsilçiləri arasında 40-cı, postsovet məkanında birincidir.
Reytinq cədvəlinə 313 xalla Braziliyanın "Flamenqo" klubu başçılıq edir. “Real Madrid” 308 xalla ikinci, "Palmeyras" (Braziliya) isə 263 xalla üçüncü pillədə yer alıblar.

İdman 2023-03-10 10:57:00