×
A
A
A
Sazlamalar

Suraxanı rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Bakı, 10 mart, AZƏRTAC

Qaz təchizatının yaxşılaşdırılması və fasiləsiz qaz təminatının təmin edilməsi məqsədilə, bu gün Suraxanı rayonu, “Bahar” Qaz Tənzimləmə Məntəqəsində qaztənzimləyicinin əvəz olunması və şəbəkə üzərində ehtiyat (baypas) xəttin quraşdırılması ilə əlaqədar qaz təchizatı dayandırılacaq.
“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, təmir işləri aparılan müddətdə Hövsan qəsəbəsi, Zığ bağlarının, Bahar, Dədə Qorqud, Sahil yaşayış massivlərinin və MİDA yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

İqtisadiyyat 2023-03-10 10:21:00