Si Cinpin yenidən Çin Xalq Respublikasının Sədri seçilib
Pekin, 10 mart, AZƏRTAC
Pekində Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının illik sessiyasında Çin Xalq Respublikasının yeni sədri vəzifəsinə seçki keçirilib.
AZƏRTAC xəbər verir ki, martın 10-da keçirilən plenar iclasda hazırki dövlət başçısı, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Cinpin yenidən ÇXR Sədri seçilib. Bu, Si Cinpinin 3-cü müddətə (2023-2028) Sədrlik dövrü olacaq. Si Cinpin Çin kommunist inqilabının lideri Mao Cedondan sonra ölkəyə 3-cü müddətə rəhbər seçilən ilk şəxsdir.
14-cü çağırış Xalq Nümayəndələri Yığıncağının illik sessiyasında Si Cinpin həm də silahlı qüvvələrinin ali idarəetmə orqanı olan Mərkəzi Hərbi Şuranın sədri seçilib. Dövlət Şurası sədrinin hazırki müavini Han Cen isə ÇXR Sədrinin müavini seçilib.
Qeyd edək ki, bütün Çin üzrə 3 minə yaxın nümayəndənin qatıldığı Xalq Nümayəndələri Yığıncağının illik sessiyası martın 5-dən davam edir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır