×
A
A
A
Sazlamalar

DİN: Qaradağ sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 10 mart, AZƏRTAC
Martın 9-da saat 22 radələrində Qaradağ rayonu Müşviq qəsəbəsində 1996-ci il təvəllüdlü qəsəbə sakini Elburus Orucovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırmalarla cinayət əməlini şəxsi münasibətlər zəminində 1987-ci il təvəllüdlü qəsəbə sakini Mehman Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə M.Məmmədov saxlanılıb.
Araşdırmalar davam etdirilir.

Hadisə 2023-03-10 07:07:00