×
A
A
A
Sazlamalar

Almaniyada atışma nəticəsində ölənlərin sayı 7-yə çatıb VİDEO

Bakı, 10 mart, AZƏRTAC
Cümə axşamı Almaniyanın Hamburq vilayətinin Alsterdorf şəhər ərazisində yerləşən “Yehova şahidləri” dini təşkilatının yerli mərkəzində atışma nəticəsində həlak olanların sayı 7-yə çatıb, 24 nəfər yaralanıb.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb. Yaralananlardan 7-sinin vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, atəş açan cinayətkarlar hadisə yerindən qaça biliblər.

 

Dünya 2023-03-10 02:36:00

Video