×
A
A
A
Sazlamalar

ABŞ müdafiə xərclərini 3,2 faiz artırmaq niyyətindədir

Bakı, 10 mart, AZƏRTAC
ABŞ 2024-cü ildə müdafiə xərclərini 3,2 faiz artıraraq 842 milyard dollara çatdırmaq niyyətindədir.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu, növbəti maliyyə ili üçün ABŞ federal büdcəsi layihəsində nəzərdə tutulub.
Sənədə əsasən, 2024-cü maliyyə ilində müdafiə ehtiyacları üçün 842 milyard dollar ayrılması təklif edilir.
“Bu, 2023-cü illə müqayisədə 26 milyard dollar və ya 3,2 faiz çoxdur”, - deyə büdcə layihəsində qeyd olunur.
Sənəddə nüvə arsenalının modernləşdirilməsinə 37,7 milyard dolların ayrılması da öz əksini tapıb.

Dünya 2023-03-10 00:11:00