“IT-Akademiya”nın məzunlarına sertifikat təqdim edilib
Bakı, 9 mart, AZƏRTAC
Elm və Təhsil, İqtisadiyyat nazirlikləri tərəfindən rəqəmsal sahə üzrə peşələrə yiyələnmək istəyənlər üçün həyata keçirilən “IT-Akademiya” layihəsinin "IT sahəsində karyeranıza başlayın" adlı ilk məzun günü keçirilib.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məzun günündə “Baku Steel Company”nin Aparat rəhbəri Şeyla Hacıyeva, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Teymur Cəfərov və Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov layihənin əhəmiyyəti barədə fikirlərini bildirib, məzunlara karyeralarında uğurlar arzulayıblar.
Tədbirdə “Whelp” və “SmilePay” startaplarının qurucusu Seymur Rəsulov süni intellekt dövründə IT mütəxəssisi üçün lazımi bacarıqlardan danışıb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndəsi Gülnar Mirhüseynova və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının sədr müavini Rauf Cabbarov isə innovasiyaların IT sahəsinin inkişafı və mütəxəssislərin işinin təkmilləşdirilməsində mühüm rolunu qeyd ediblər.
Bununla yanaşı, “PAŞA Bank”, Azərbaycan Beynəlxalq Bankı, “Kibrit”, “BIRainy” və digər şirkətlərin nümayəndələri məşğulluq və təcrübə haqqında məzunlara ətraflı məlumat veriblər.
Daha sonra “IT-Akademiya”nın müəllimləri məzunlara təhsilin tamamlanmasına dair sertifikatlar təqdim ediblər.
Qeyd edək ki, layihə Alqoritmika Beynəlxalq Riyaziyyat və Proqramlaşdırma Məktəbinin iştirakı, KOBİA, “Baku Steel Company” və Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi ilə həyata keçirilir.
Bələdiyyə torpaqlarının idarəedilməsi sahəsində qarşıya çıxan məsələlər müzakirə olunub
Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi əhəmiyyətlidir
Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında müsabiqə keçirir
İqtisadiyyatda rəqəmsallaşmanın tətbiqi müasir dövrün tələbidir
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir