Dayanıqlı inkişaf məqsədlərinə nail olunması üçün “DİM İnvestor Xəritəsi” hazırlanır
Bakı, 9 mart, AZƏRTAC
2020-ci ildə BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə nümayəndəliyi tərəfindən ölkəmizdə dayanıqlı inkişafa nail olunması istiqamətində “İnteqrə Olunmuş Milli Maliyyələşdirmə Çərçivəsi” (INFF) müştərək proqramının icrasına başlanılıb. Proqram çərçivəsində “DİM İnvestor Xəritəsi”nin hazırlanması məqsədilə BMT-nin Özəl sektorun İnkişafı üzrə İstanbul Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq edilir.
AZƏRTAC xəbər verir ki, martın 9-da Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və BMT-nın İnkişaf Proqramının birgə təşəbbüsü ilə “DİM İnvestor Xəritəsi”nin və İnvestisiya Ekosisteminin tədqiqatına dair tədbir keçirilib, investisiya imkanları təqdim olunub.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qlobal DİM üzrə öhdəliklərin həyata keçirilməsinin Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissələrindən olduğunu vurğulayıb, ölkədə sosial, iqtisadi, ətraf mühit sahələrini əhatə edən dövlət proqramları, strategiya və tədbirlər planının DİM-lərin məqsəd və hədəflərinə inteqrasiya olunduğunu qeyd edib. Nazir müavini dövlət, özəl sektor və beynəlxalq təşkilatlar arasında tərəfdaşlığın DİM-lərlə bağlı öhdəliklərin yerinə yetirilməsinə və “yaşıl iqtisadiyyat”a keçidə töhfə verəcəyini bildirib.
BMT-nin Özəl sektorun İnkişafı üzrə İstanbul Beynəlxalq Mərkəzinin direktor müavini Gülçin Salınqan DİM-ə nail olunmasında özəl sektorun rolunu, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası ilə birgə həyata keçirilən əməkdaşlıq çərçivəsində Azərbaycanda investisiya mühitinə təsir edən faktorların araşdırıldığını diqqətə çatdırıb.
Mərkəzin ekspertləri Funda Süzer və Yasemin Bitlis Azərbaycan üçün “DİM İnvestor Xəritəsi”nin və İnvestisiya Ekosistemi üzrə tədqiqatın ilkin nəticələri barədə təqdimatlarla çıxış ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Bələdiyyə torpaqlarının idarəedilməsi sahəsində qarşıya çıxan məsələlər müzakirə olunub
Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi əhəmiyyətlidir
Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında müsabiqə keçirir
İqtisadiyyatda rəqəmsallaşmanın tətbiqi müasir dövrün tələbidir
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir