“Airspace World 2023” sərgisində EUROCONTROL-un və ICAO Şurasının rəhbərləri AZANS-ın stendini ziyarət ediblər
Bakı, 9 mart, AZƏRTAC
Azərbaycanın hava məkanı qlobal aviasiya şəbəkəsində vacib rola malikdir.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, bu fikirləri Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) baş direktoru Raul Medina və ICAO Şurasının prezidenti Salvatore Şakitano “Airspace World 2023” sərgisində AZAL-ın “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) stendini ziyarət edərkən səsləndiriblər.
EUROCONTROL-un baş direktoru Raul Medina uçuşların səmərəliliyinin təmin edilməsi və ekoloji göstəricilərin yaxşılaşdırılması üçün bütün aviasiya sənayesi oyunçuları arasında əməkdaşlığın vacibliyini qeyd edib. O, həmçinin bildirib ki, bu məqsədlərə nail olmaq üçün qonşu dövlətlərlə sıx əlaqələrin qurulması xüsusi əhəmiyyət kəsb edir.
Bu xüsusda, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa, hava məkanından istifadəyə və regionda dinamik axının idarə olunmasına görə minnətdarlıq ifadə olunub.
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə olunur
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
“British Airways” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş edib
Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərində teplovoz aşıb
Bakı-Qəbələ-Bakı marşrutu üzrə həftəsonu qatar reyslərinin sayı artırılır