×
A
A
A
Sazlamalar

“Heydər Əliyev İli” çərçivəsində Balakəndə ağacəkmə aksiyası keçirilib

Balakən, 9 mart, Mustafa Dadaşov, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə martın 9-da Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aksiya zamanı Balakən şəhərinin Heydər Əliyev adına mədəniyyət və istirahət parkının ərazisində 200 ədəd sərv, 100 ədəd akasiya, 100 ədəd Xan çinarı, 50 ədəd cökə, 40 ədəd palma, 10 ədəd həmişəyaşıl palıd ağacı, 1000 ədəd gül kolu, həmçinin Zaqatala-Balakən dövlət avtomobil yolunun kənarında 500 ədəd gül kolu əkilib.
Aksiyada rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri və əməkdaşları, YAP rayon təşkilatının könüllüləri, ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, sakinlər iştirak ediblər.
Yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib. Ağaclar suvarılıb və mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb.

Regionlar 2023-03-09 15:58:13