Azərbaycan rusiyalıların daha çox səfər etdikləri ölkələr sırasındadır
Moskva, 9 mart, AZƏRTAC
Azərbaycan yaz aylarında rusiyalıların təyyarə ilə səfər etdikləri üç populyar ölkə sırasındadır.
AZƏRTAC xəbər verir ki, bu, “tutu.ru” və “Alfasığorta” şirkətlərinin apardıqları tədqiqatın nəticələrindən məlum olub. Yaz fəslində rusiyalılar daha çox Özbəkistan, Azərbaycan və Türkiyəyə səfərlər üçün aviabiletlər əldə ediblər.
Rusiyadan Azərbaycana aviabiletlərin orta qiyməti 26 min 400 rubl (təxminən 600 manat) təşkil edir. Özbəkistana uçuşlar 27 min 200 rubl, Türkiyəyə isə 38 min 600 rubl məbləğindədir.
Uzaq xarici ölkələr arasında Tailand və Misir daha populyardır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bələdiyyə torpaqlarının idarəedilməsi sahəsində qarşıya çıxan məsələlər müzakirə olunub
Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi əhəmiyyətlidir
Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında müsabiqə keçirir
İqtisadiyyatda rəqəmsallaşmanın tətbiqi müasir dövrün tələbidir
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir