Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı növbəti hesabatı gələn il təqdim edəcək
Bakı, 9 mart, AZƏRTAC
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində növbəti hesabatını gələn il təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
“Azərbaycan tərəfindən regionda ilk ölkə olaraq Dayanıqlı İnkişaf Məqsədlərin icrası istiqamətində görülmüş işlərin yekunu olaraq BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna üç Könüllü Milli Hesabatın (2017-ci, 2019-cu və 2021-ci illərdə ) təqdimatı, Hökumətin DİM-lərin həyata keçirilməsinə verdiyi əhəmiyyətinin bariz nümunəsidir. BMT-nin 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədləri üçün "2030 Gündəliyi" üzrə götürdüyümüz öhdəliklərin həyata keçirilməsi dövlət siyasətinin mühüm tərkib hissələrindən birinə çevrilib. Hazırda bu istiqamətdə sosial, iqtisadi, ətraf mühit sahələrini əhatə edən dövlət proqramları, strategiyalar, tədbirlər planları DİM-lərin məqsəd və hədəflərinə uyğunlaşdırılır", - deyə S.Məmmədov qeyd edib.
® “Azercell Telekom” Heydər Əliyevin ən sevdiyi kitabları audio və elektron formatlarda təqdim edir
Bələdiyyə torpaqlarının idarəedilməsi sahəsində qarşıya çıxan məsələlər müzakirə olunub
Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi əhəmiyyətlidir
Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında müsabiqə keçirir
İqtisadiyyatda rəqəmsallaşmanın tətbiqi müasir dövrün tələbidir