® ABB “Balakən” və “Oğuz” filiallarını yenilədi
ABB “Balakən” və “Oğuz” filiallarını da yeni konseptdə müştərilərin istifadəsinə verib. Bankın “Balakən” filialı Balakən şəhəri, Heydər Əliyev prospekti - 254 B ünvanında, “Oğuz” filialı isə Oğuz şəhəri Heydər Əliyev küçəsi - 98 ünvanında müştərilərə xidmət göstərir.
Hər iki filial ən müasir xidmət standartlarına uyğun qurulub. ABB-nin tətbiq etdiyi universal xidmət təcrübəsinə uyğun olaraq burada lazımi şərait təmin olunub. Fərdi və korporativ müştərilər “Balakən” və “Oğuz” filiallarında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.
Vebinar: Qeyri-neft və qeyri-dövlət sektorunun Mərkəzi Bankın notlarına investisiya imkanları
Siyasi partiya hansı halda əmlak vergisinin ödəyicisi sayılmır?
Bugünkü hərracda tələb 22,4 milyon dollar olub
ƏDV qeydiyyatı ləğv olunduqda depozit hesabında qalan vəsaitdən necə istifadə olunur?
İşğaldan azad edilmiş ərazilərin bərpasında dünya təcrübəsinin strateji aspektləri