×
A
A
A
Sazlamalar

Qubada narkotikin təsiri altında mikroavtobus idarə edən sürücüsü saxlanılıb

Quba, 9 mart, Elxan Yusifli, AZƏRTAC

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında mikroavtobus idarə edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Quba rayon sakini Anar İsmiyevin idarə etdiyi marşrut mikroavtobusu rayon ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb. A.İsmiyevin həkim müayinəsindən keçirilməsi təmin edilib və onun narkotik vasitənin təsiri altında olması sübuta yetirilib.
Həmin şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülüb.

Regionlar 2023-03-09 11:30:18