×
A
A
A
Sazlamalar

Lənkəranda yol qəzası baş verib, bir nəfər ölüb

Lənkəran, 9 mart, İlkin Adıyev, AZƏRTAC

Lənkəranda yol-nəqliyyat qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2002-ci il təvəllüdlü Şəkər Samir oğlu Səfərlinin idarə etdiyi "Tofaş" markalı nəqliyyat vasitəsi Lənkəran rayonunun Digah kənd sakini 1995-ci il təvəllüdlü Akşin Manaf oğlu Əhmədovun idarə etdiyi "Toyota Prius" markalı avtomobillə toqquşub.
"Tofaş" markalı nəqliyyat vasitəsində sərnişin qismində olan 1983-cü il təvəllüdlü Səfərova Sevinc Ağamehdi qızı dünyasını dəyişib.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Qüvvələri cəlb olunub. Hər iki sürücü ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib.
Qeyd edək ki, dünyasını dəyişən Sevinc Səfərova Şəkər Samir oğlu Səfərlinin anası olub. Faktla bağlı araşdırma davam etdirilir.

Regionlar 2023-03-09 09:29:00