×
A
A
A
Sazlamalar

Füzulidə şəhid ailələri ziyarət olunub

Füzuli, 8 mart, Aydın Yavərzadə, AZƏRTAC

8 Mart - Beynəlxalq Qadınlar Günü və qarşıdan gələn Novruz bayramı münasibətilə Füzuli rayonundan olan Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən Füzuli rayonundan olan Vətən müharibəsi şəhidlərinin ailələri ilə evlərində görüş keçirilib, onların bayramları təbrik edilərək, bayram sovqatları və hədiyyələr təqdim olunub. Qeyd edək ki, Füzuli rayonundan Vətən müharibəsi zamanı 78 nəfər şəhadətə ucalıb. Vətən müharibəsi şəhidlərinin ailələrindən 60 ailə rayon ərazisində, 18 ailə isə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayır.

Regionlar 2023-03-08 23:51:00