“Azərpoçt” bayramda vətəndaşlara növbəli iş rejimində xidmət göstərəcək
Bakı, 7 mart, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar olaraq vətəndaşlara növbəli iş rejimində xidmət göstərəcək.
MMC-dən AZƏRTAC-a bildirilib ki, sabah poçt şöbələri aşağıdakı rejimdə işləyəcək:
-Mərkəzi Poçt Şöbəsi saat 09:00-18:00;
- 2 saylı poçt filialının 63 saylı poçt şöbəsi saat 10:00-17:00;
-2 saylı poçt filialının 124, 138, 144 saylı poçt şöbələri saat 09:00-17:00;
-3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri saat 10:00-17:00;
-4 saylı poçt filialının 44 saylı poçt şöbəsi saat 09:00-17:00;
-Regionlarda yerləşən müştəri xidməti şöbələri saat 10:00-17:00.
İstehsalat zərurətilə əlaqədar olaraq 1 saylı Poçt filialının 66, 108 və 152 saylı poçt şöbələri adi iş rejiminə uyğun fəaliyyət göstərəcək.
Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.
Veb-brauzerlərdən təhlükəsiz istifadə qaydaları
“Azərpoçt” bayram günlərində növbəli iş rejimində çalışır
RİNN-in nümayəndələri EaPeReg-in 21-ci plenar iclasında iştirak ediblər