×
A
A
A
Sazlamalar

Qaxda indiyədək 261 hektardan çox sahədə yazlıq bitkilər əkilib

Qax, 7 mart, Mustafa Dadaşov, AZƏRTAC

Qax rayonunun şəxsi və fermer təsərrüfatlarında yaz-tarla işlərinə başlanılıb. İndiyədək 261,5 hektar sahədə yazlıq bitkilər əkilib və əkin-səpin işləri davam etdirilir.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, torpaq mülkiyyətçiləri bu günədək 82,5 hektar sahədə kartof, 38,5 hektarda tərəvəz, 22 hektarda vələmir əkib, 118,5 hektar sahəyə çoxillik yonca səpiblər. Təsərrüfatlarda, eyni zamanda, tütün əkininə hazırlıq işləri də davam etdirilir, istixana şəraitində şitillər yetişdirilir. Tütün şitilləri apreldə sahələrə köçürüləcək.

Kənd təsərrüfatı 2023-03-07 12:15:21