Fərid Qayıbov: Ölkəmizdə idmanın inkişafı üçün dövlət tərəfindən hər cür şərait yaradılıb
Bakı, 7 mart, AZƏRTAC
Ölkəmizdə idmanın inkişafı üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Dövlətimizin başçısı İlham Əliyev ölkədə bütün idman növləri, xüsusilə də futbol ilə yaxından maraqlanır.
AZƏRTAC xəbər verir ki, bunu AFFA-nın hesabat konfransında çıxış edən gənclər və idman naziri Fərid Qayıbov deyib.
Ölkəmizdə güclü idman infrastrukturunun yaradıldığını diqqətə çatdıran nazir qeyd edib ki, futbol çox populyar idman növüdür. Nazirliyin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı dövlət qurumları arasında minifutbol yarışı təşkil olunub. Yarışın qrup mərhələsinə artıq yekun vurulub. “Etiraf etməliyəm ki, yarışa maraq çox böyükdür. Komandalar baxımlı oyun nümayiş etdirir və yarış gərgin idman mübarizəsi şəraitində davam edir”, -deyə nazir vurğulayıb.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir