×
A
A
A
Sazlamalar

AFFA-nın hesabat konfransında Lisenziyalaşdırma Komissiyasının yeni tərkibi açıqlanıb

Bakı, 7 mart, AZƏRTAC

Bakıda keçirilən AFFA-nın hesabat konfransında qurumun Lisenziyalaşdırma Komissiyasının yeni tərkibi açıqlanıb.
AZƏRTAC xəbər verir ki, komissiyanın tərkibini AFFA-nın baş katibi Sərxan Hacıyev açıqlayıb.
Elçin Səmədli komissiyanın sədri, Sərxan İbadov isə onun müavini seçilib. Komissiyada, həmçinin İslam Bayramov, Firdovsi Qasımov, Mahmud Yusifov, Vladimir Fyodorov və İslam Abbasov yer alıblar.

İdman 2023-03-07 11:04:00