×
A
A
A
Sazlamalar

“Şerif” – “Nitsa” matçını azərbaycanlı hakimlər briqadası idarə edəcək

Bakı, 7 mart, AZƏRTAC

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, UEFA Avropa Konfrans Liqasının səkkizdəbir final mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Şerif” (Moldova) – “Nitsa” (Fransa) qarşılaşmasının baş hakimi Ə.Ağayev olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Matç martın 9-da Moldovada oynanılacaq.

İdman 2023-03-07 10:43:00