×
A
A
A
Sazlamalar

Bakıda AFFA-nın hesabat konfransı başlayıb

Bakı, 7 mart, AZƏRTAC

Bakıda AFFA-nın hesabat konfransı başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransın gündəliyinə İcraiyyə Komitəsinin prezidenti tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təsdiq edilməsi, maliyyə hesabatlarının təsdiqi, müstəqil auditorun hesabatını nəzərə almaq, hər hansı vakant vəzifəyə seçkilər, AFFA üzvlərinin təkliflərinin qəbul olunması və digər məsələlər daxil edilib.
Tədbirdə AFFA prezidenti Rövnəq Abdullayev, vitse-prezidentlər Rauf Əliyev, Elşad Nəsirov, Vaqif Sadıqov, baş katib Sərxan Hacıyev, gənclər və idman naziri Fərid Qayıbov iştirak edirlər.

 

İdman 2023-03-07 10:34:00