×
A
A
A
Sazlamalar

“Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç “Neftçi”yə keçə bilər

Bakı, 6 mart, AZƏRTAC

“Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç “Neftçi”yə keçə bilər.
AZƏRTAC xəbər verir ki, hazırda klubdan ayrılmaq üzrə olan xorvatiyalıya yeni müqavilə təklif olunmayıb. Ağdam təmsilçisi Azərbaycan yığmasının xorvat əsilli futbolçusunun xidmətlərində maraqlı deyil. Bundan istifadə edən “Neftçi” Ozobiçi heyətinə qatmaq istəyir. Azərbaycanda qalmağa müsbət yanaşan yarımmüdafiəçi paytaxt klubunun təklifini qəbul etmək fikrindədir. “Neftçi” F.Ozobiçə yüksək maaşla ikiillik müqavilə təklif edib.
Qeyd edək ki, F.Ozobiç “Qarabağ”dan öncə “Qəbələ”nin formasını geyinib.

İdman 2023-03-06 17:48:00