×
A
A
A
Sazlamalar

Ağdamda indiyədək pambıq əkinləri üçün 1546 hektar sahədə qış şumu aparılıb

Ağdam, 6 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdam rayonunun pambıqçıları cari ilin çiyid səpininə hazırlıq görürlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, indiyədək 1546,19 hektar sahədə qış şumu aparılıb. Fermerlər strateji sahə olan pambıqçılığı inkişaf etdirmək və bol məhsul götürmək üçün növbəli əkin sisteminə üstünlük verirlər. Artıq “MKT İstehsalat Kommersiya” MMC, "Azərpambıq” MMC və “P-Agro” MMC ilə 1651,57 hektar sahədə pambıq əkilməsi üçün 525 məhsul istehsalçısı ilə müqavilə bağlanılıb. Çiyid səpininə optimal temperatur yarandığı təqdirdə mart ayının sonu - aprel ayının əvvəllərində başlanılacaq.
Qeyd edək ki, 2022-ci ildə Ağdam rayonunda 2421,3 hektar sahədə pambıq əkilib, 7001,44 ton məhsul istehsal edilib

Kənd təsərrüfatı 2023-03-06 16:02:10