×
A
A
A
Sazlamalar

Paraüzgüçülərimiz İtaliyada dünya seriyası yarışlarında güclərini sınayacaqlar

Bakı, 6 mart, AZƏRTAC

Martın 7-dən 13-dək İtaliyanın Liqnano Sabbiadoro şəhərində paraüzgüçülük üzrə dünya seriyası yarışları keçiriləcək.
AZƏRTAC Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadla xəbər verir ki, yarışda milli komandamızın üzvləri də iştirak edəcəklər.
Turnir “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandıracaq.
Qeyd edək ki, yarışdan əvvəl Beynəlxalq Paralimpiya Komitəsinin qaydalarına uyğun olaraq idmançılar üçün tibbi təsnifat keçiriləcək. Tibbi təsnifatdan uğurla keçmiş idmançılar yarışda iştirak hüququ əldə edəcəklər.

İdman 2023-03-06 13:40:00