×
A
A
A
Sazlamalar

Novxanıda qanunvericiliyin tələblərini pozan müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

Bakı, 6 mart, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Abşeron rayonunun Novxanı kəndində fəaliyyət göstərən “Al-Dad” MMC-yə məxsus süd və süd məhsulları istehsalı müəssisəsində aparılmış planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb.
Müəssisədə temperatur rejiminə riayət olunmadığı, döşəmə və divar səthlərinin asan təmizlənən və dezinfeksiya işlərinin aparılmasının mümkünlüyünü təmin edən materiallarla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi müəyyən edilib. Eyni zamanda məhsulların etiket məlumatlarında istehsal zamanı təbii inək südündən istifadə edildiyi qeyd olunsa da, bitki mənşəli marqarin yağından istifadə edildiyi məlum olub.
Aşkar edilmiş faktlarla əlaqədar qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Sosial 2023-03-06 12:36:00