×
A
A
A
Sazlamalar

Basketbol Liqası: “Zirvə Astara”dan növbəti qələbə

Bakı, 5 mart, AZƏRTAC

Martın 5-də Astara Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının XX turunun sonuncu oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Zirvə Astara" komandası doğma divarlar arasında "Neftçi" basketbolçularını qəbul edib.
Görüşə inamla başlayan Astara təmsilçisi sonradan üstünlüyü əldən versə də, Zaur Paşayevin dördüncü dövrədəki əzmkar oyunu sayəsində 89:81 hesablı qələbəyə sevinib. Qarşılaşmada ən məhsuldar basketbolçular "Zirvə Astara"dan Zaur Paşayev (24 xal, 7 ribaund), "Neftçi"dən Mohsen Moradxani (25 xal, 10 ribaund) olublar.
Qeyd edək ki, XXI turun oyunları martın 8-12-də baş tutacaq.

İdman 2023-03-05 18:32:00