×
A
A
A
Sazlamalar

FIFA referisi Hikmət Qafarlı beynəlxalq turnirə təyinat alıb

Bakı, 5 mart, AZƏRTAC

FIFA referisi Hikmət Qafarlı martın 21-dən 26-dək 19 yaşadək futzalçılardan ibarət komandalar arasında təşkil olunacaq “Avro-2023”ün əsas mərhələsinin ikinci qrupunun oyunlarını idarə edəcək.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, Serbiyada təşkil olunacaq bu qrupun oyunlarında meydan sahibləri ilə yanaşı, Ukrayna, Rumıniya və Monteneqro komandaları mübarizə aparacaqlar.

 

İdman 2023-03-05 12:44:00