×
A
A
A
Sazlamalar

Millimizin futbolçusu Koreyada növbəti oyununa çıxıb

Bakı, 5 mart, AZƏRTAC

Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk Koreya Respublikasının “Tecon Xana Sitizen” klubunda növbəti oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, komanda K1 Liqasının ikinci turunda səfərdə “İnçeon”la qarşılaşıb. Altı qolun vurulduğu matçda qalib müəyyənləşməyib - 3:3.
Start heyətdə meydana çıxan müdafiəçi sonadək meydanda qalıb. Millimizin üzvü 36-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, “Tecon Xana Sitizen” iki turdan sonra dörd xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

İdman 2023-03-05 04:56:00