Bursa vilayətində tikinti sahəsində sarkofaq aşkarlanıb
Bakı, 4 mart, AZƏRTAC
Türkiyənin Bursa vilayətinin Mudanya rayonunda tikinti sahəsində qazıntı işləri aparılarkən sarkofaq aşkarlanıb.
AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, tikintini aparan şirkət Mudanya rayonunun Xalid Paşa məhəlləsində sarkofaqın aşkarlanması barədə aidiyyəti qurumlara məlumat verib.
Bölgəyə gələn arxeoloqların nəzarəti ilə aparılan araşdırma zamanı sarkofaqın içində sümüklər olduğu müəyyən edilib. Tapıntının hansı dövrə aid olduğunu müəyyənləşdirmək üçün sarkofaq çıxarılacaq və sümüklər Bursa Arxeologiya Muzeyinə aparılacaq.
Gürcüstan ərazisində yağan güclü leysan yağışları və dolu ciddi fəsadlar törədib
Rusiyada alkoqollu içkidən zəhərlənərək ölənlərin sayı 29 nəfərə çatıb
Antonio Quterreş: Kaxovka SES-nin partladılması Zaparojye AES üçün əlavə təhlükə yaradır
Parisdə polis və nümayişçilər arasında gərginlik yaşanıb
Ərdoğan: Konstitusiyaya dəyişikliklərlə bağlı təklifimizi millətin ixtiyarına verəcəyik