×
A
A
A
Sazlamalar

Premyer Liqa: “Sumqayıt” klubu “Səbail”i minimal hesabla məğlub edib

Bakı, 4 mart, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində “Səbail” klubu “Sumqayıt”ı qəbul edib.
AZƏRTAC xəbər verir ki, “ASCO Arena”da keçirilən matçda “Sumqayıt” minimal hesablı qələbə qazanıb – 1:0. Matçda yeganə qolu 90+8-ci dəqiqədə penaltidən Terrens Tisdel vurub.
Bu qələbədən sonra xallarının sayını 21-ə çatdıraraq “Sumqayıt” turnir cədvəlində yeddinci pilləyə yüksəlib. Bakı təmsilçisi 17 xalla sonuncu - onuncu sırada qərarlaşıb.
Günün digər görüşündə “Sabah” klubu “Kəpəz”i sınağa çəkəcək.
“Zirə” və “Şamaxı” arasında keçirilmiş turun açılış oyununda 2:2 hesablı heç-heçə qeydə alınıb. Martın 5-də baş tutacaq matçlarda “Qəbələ” “Qarabağ”ı, “Neftçi” isə “Turan Tovuz”u qəbul edəcək.

İdman 2023-03-04 18:38:00