Zelenski: Ukrayna bu il Aİ-yə üzv olmaq üçün danışıqlara başlamağa çalışır
Kiyev, 4 mart, AZƏRTAC
Lvovda Ukrayna Prezidenti Volodimir Zelenski ilə Avropa Parlamentinin sədri Roberta Metsola arasında görüş olub.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Ukrayna Prezidentinin feysbuk səhifəsində yerləşdirilib.
"Bu dəhşətli müharibənin ilk günlərindən Ukraynanı dəstəkləməkdə göstərdiyiniz liderliyə və Avropa Parlamentinin qəbul etdiyi mühüm qərarlara görə təşəkkür edirəm. Xüsusilə, keçən il martın 1-də, bizim Aİ-yə üzvlük müraciətimizdən sonra ikinci gün Avropa Parlamenti dəstək və Ukraynanın Aİ üzvlüyünə namizəd statusunun verilməsi zərurəti ilə bağlı qətnaməyə görə”, – Zelenski təqdim etdiyi videonun altında bu sözləri yazıb.
Prezident qeyd edib ki, Ukrayna Avropa Komissiyasının tövsiyələrinin icrasını tez bir zamanda başa çatdırmağa və bu il Aİ-yə üzv olmaq üçün danışıqlara başlamağa çalışır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Yer kürəsində karbon qazının səviyyəsi 14 milyon il bundan əvvəlki göstəriciyə çatıb
Alimlər piylənmədən müdafiə edən gen aşkarlayıblar
Meksikada silahlı qrupun hücumu nəticəsində azı 11 nəfər ölüb
Latviya ABŞ-dan gəmi əleyhinə raketlər alacağını açıqlayıb
Alimlər Atlantik okeanının rekord dərəcədə istiləşməsi və duzlaşması barədə xəbərdarlıq edirlər