×
A
A
A
Sazlamalar

FHN Binəqədi qəsəbəsindəki sexdə baş vermiş partlayış hadisəsi ilə bağlı məlumat yayıb

Bakı, 4 mart, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonunun Binəqədi qəsəbəsindəki təkər təmiri sexində partlayış baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus ümumi sahəsi 32 kvadratmetr olan təkər təmiri sexində kustar üsulla hazırlanmış hava kompressorunda yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub. Partlayış dalğasının təsirindən sexin dam örtüyü dağılıb. Sexdə işləyən 1 nəfər aldığı müxtəlif bədən xəsarətlərindən hadisə yerində həlak olub.
FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

Hadisə 2023-03-04 16:06:00